featured-image-47237

Sabah Bakıda seleksiya xarakterli təlim-məşq toplanışına başlayacaq 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın oyunçusu Elnur Cabbarlı zədələndiyi üçün onun yerinə “Araz Naxçıvan”dan Adıgözəl Əkbərov dəvət olunub.

“Sabah”dan Ramin Əzizov və Emin Feyzullayev də zədə səbəbindən toplanışda iştirak etməyəcəklər. “Sabah”ın digər üzvü – Əmir Əliyev klubda oyunların sıxlığı səbəbindən millinin düşərgəsinə gəlməyəcək.

Təlim-məşq toplanışı mayın 3-dək davam edəcək.

Bənzər xəbərlər