featured-image-43853

21 yaşadək futbolçulardan ibarət milli komandamızın AÇ-2025-in seçmə mərhələsi çerçivəsində növbəti iki oyununun saatı açıqlanıb. Msport.az xəbər verir ki, Samir Əliyevin komandası martın 22-də “Azərsun Arena”da İngiltərənin U-21 seçməsi ilə qarşılaşacaq. Matç saat 16:00-da start götürəcək.

U-21-in Ukrayna ilə martın 26-da eyni məkanda keçirəcəyi görüş də saat 16:00-da başlayacaq.

Qeyd edək ki, martın 22-də əsas milli komandamızın da oyunu var. A milli Tofiq Bəhramov adına Respublika stadionunda Monqolustanıla üz-üzə gələcək. Həmin görüş 20:00-da start götürəcək.

Bənzər xəbərlər