featured-image-69150

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə səfərdə keçirəcəyi oyunun hakim təyinatları açqlanıb.

Msport.az xəbər verir ki, qarşılaşmanı niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi  Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək.

VAR-da Jerön Mansxot, AVAR-da isə Klay Ruperti çalışacaq.
Matçın hakim-inspektoru avstriyalı Tomas Eynvaller, UEFA nümayəndəsi isə ingiltərəli Marvin Robinson olacaq.

Qeyd edək ki, sentyabrın 5-də Reyktavík şəhərindəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Bənzər xəbərlər