featured-image-48414

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Msport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək

31 may
21:00. Türkiyə – Azərbaycan

Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).

Ərzincan, 13 Şubat stadionu.

4 iyun
19:00. Azərbaycan – Türkiyə

Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Bakı, “Dalğa Arena” stadionu.

Bənzər xəbərlər