Millimizin oyunlarına təyinatlar
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.
Msport.az xəbər verir ki, dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan oyununu Belçikadan, dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşmasını isə İsveçdən olan hakimlər briqadası idarə edəcək:
Kipr – Azərbaycan
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00
Baş hakim: Caroline Lanssens
Baş hakimin köməkçiləri: İrmgard Van Meirvenne, Margot Jacobs
Dördüncü hakim: Jana Van Laere
Azərbaycan – Farer adaları
5 dekabr. “Dalğa Arena”. Saat 19:00
Baş hakim: Lovisa Johansson
Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher
Dördüncü hakim: Maral Mirzai Beni