featured-image-38428

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq.

Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bənzər xəbərlər