featured-image-39683

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırılıb.

Msport.az-ın yerli “svt.se” saytına istinadən məlumatına görə, bunlar mərkəz müdafiəçisi İsak Hien və sol cinah müdafiəçisi Niklas Hultdur.

Onlar yığmadan kənarda qalan 3 oyunçunu əvəz edəcəklər. Belə ki, müdafiəçilər Emil Holm, Lüdviq Auqustinsson və hücumçu Antoni Elanqa zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Bənzər xəbərlər