featured-image-49100

Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığması heyətlə bağlı problem yaşayır.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, artıq bəzi məcburi dəyişikliklər olub.

Qapıçı Bekxan Şayzada, müdafiəçilər Adilxan Dobay və Aleksandr Zuev, həmçinin yarımmüdafiəçi İslam Çesnokov zədə və xəstəlik səbəbindən düşərgədən ayrılıblar. Əvəzində qapıçı Danil Ustimenko və müdafiəçi Mixail Qabışev heyətə cəlb olunub.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu iyunun 11-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas” İdman Kompleksində üz-üzə gələcək.

Bənzər xəbərlər