featured-image-42739

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Afrikada işləyə bilər.

Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qana millisinin sükanı arxasına keçmək istəyir.

İddiaya görə, Prosineçki Afrika Millətlər Kubokundakı uğursuzluqdan sonra Kris Hyütonla yollarını ayıran Qana Futbol Federasiyasına öz xidmətini təklif edib. Hətta onun quruma “CV” göndərdiyi bildirilir.

Federasiya rəhbərliyi bütün namizədləri gözdən keçirdikdən sonra yeni baş məşqçi ilə bağlı yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

Bənzər xəbərlər