Millimizin sabiq futbolçusu 32 yaşında karyerasını bitirməli oldu - FOTO
“Səbail”in futbolçusu Ağabala Ramazanov karyerasını başa vurub. Msport.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.
Ötən mövsümün gedişində ağır zədə almış forvard uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı:
“Mənim üçün çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Nə qədər çətin olsa da, çox sevdiyim oyunçu karyeramı tərk etmək məcburiyyətində qaldım və özümə yeni səhifələr açmağın vaxtı gəldiyini düşündüm. Məlum olduğu kimi çox ağır zədə keçirdim, şükürlər olsun ki, həyatdayam, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi mənim futbolçu karyaram da burda bitdi. Milli komandada və klubda oynadığım bütün futbolçu dostlarım və azarkeşlər, hər birinizə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar…”