Millimizin sabiq üzvü II Liqada poker etdi
Futbol üzrə Azərbaycan çempionatının II Liqasında 21-ci turun oyunları davam edir. Msport.az xəbər verir ki, bu gün turun daha 2 matçı keçirilib.
“Cəbrayıl” səfərdə “Ağdaş”ı 3:1 hesabı ilə məğlub edib.
“Kür Araz” isə Bakıda “Şəfa”nın qapısından 6 cavabsız top keçirib. İmişli klubunun heyətində millimizin sabiq üzvü Cavid İmamverdiyev poker edib.
Turun son oyunu aprelin 18-də keçiriləcək. “Dinamo” öz meydanında “Qusar”ı qəbul edəcək.
“Baku Sportinq” 49 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 3 xal geri qalan “Cəbrayıl” və Füzuli” 2-3-cü yerləri bölüşürlər.