featured-image-43353

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev xəsatəxanaya yerləşdirilib.

Msport.az xəbər verir ki, buna səbəb veteran hücumçunun ötən həftənin sonunda insult keçirməsidir.

Hazırda reanimasiyada olan Vasilyevin vəziyyəti stabildir. Onun yaxın vaxtlarda palataya köçürüləcəyi gözlənilir.

Qeyd edək ki, Vadim Vasilyevin xəstəxana xərclərini AFFA qarşılayır. Belə ki, tanınmış futbolçunun vəziyyəti ilə bağlı əvvəlcə qurumun baş katibi Sərxan Hacıyevə məlumat verilib. Keçmiş forvard AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə isə özəl klinikaya yerləşdirilib.

Bənzər xəbərlər