featured-image-39772

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda keçiriləcək Belçika – Azərbaycan matçına indiyədək 30 minə yaxın bilet satılıb.

Msport.az xəbər verir ki, bu barədə yerli “Sporza” nəşri məlumat yayıb.

Görüşün keçiriləcəyi “King Baudouin Stadium” 50 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, noyabrın 19-da Belçikada reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Bənzər xəbərlər