featured-image-45376

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, komandalar qrupun IV turu çərçivəsində iyunun 4-də Erzincanda üz-üzə gələcəklər.

Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:

5 aprel: Macarıstan – Azərbaycan

9 aprel: Azərbaycan – İsveçrə

31 may: Azərbaycan – Türkiyə

4 iyun: Türkiyə – Azərbaycan

12 iyul: Azərbaycan – Macarıstan

16 iyul: İsveçrə – Azərbaycan

Bənzər xəbərlər