featured-image-82321

Azərbaycanın U-21 millisinin üzvü Lorenso Mezzotero “Sampdoriya”da növbəti oyuna çıxıb.

Msport.az xəbər verir ki, 18 yaşlı hücumçu İtaliya B Seriyasının 3-cü turunda “Palermo” ilə səfər matçının 83-cü dəqiqəsində meydana daxil olub.

Görüş “Sampdoriya”nın məğlubiyyəti ilə başa çatıb – 1:3. Komanda B Seriyasında 3 turdan sonra 1 xalla 20 komanda arasında 18-cidir.

Qeyd edək ki, Lorenso Mezzotero B Seriyasının 2-ci turunda “Yuve Stabiya”ya qarşı görüşdə “Sampdoriya”nın əsas komandasında debüt etmişdi. O, buna qədər klubun U-19 komandasında çıxış edirdi.

Bənzər xəbərlər