featured-image-13320

Ukrayna millisinin kapitanı Andrey Yarmolenko bildirib ki, Rusiya idmanını dünyadan təcrid etmək lazımdır.

Msport.az xəbər verir ki, “Əl Əyn” klubunun hücumçusu Şotlandiya ilə Millətlər Liqasının oyunundan əvvəl keçirilən mətbuat konfransında belə deyib:

“Mənim fikrimcə, Rusiya futbolunu, Rusiya idmanını, ümumiyyətlə, bütün ölkəni dünyadan təcrid etmək lazımdır. Millinin bütün futbolçuları istəyir ki, Rusiyanı ən ağır şəkildə cəzalandırsınlar.  Biz Rusiyanın dünyadan təcrid edilməsinin tərəfdarıyıq. Onları nəinki futbol, bütün yarışlardan xaric etsələr, çox şad olaram”.

Qeyd edək ki, Şotlandiya – Ukrayna oyunu bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bənzər xəbərlər