featured-image-36577

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Dalğa Arena”da Belçika, 12-də isə beynəlxalq yoldaşlıq oyununda İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, Canni De Byazi “Neftçi”də heyətə düşməyən Höccət Haqqverdini yenidən yığmaya dəvət edib. Bundan başqa, “Tuzlaspor”a transfer olunan Bəxtiyar Həsənalızadə də əsas komandaya çağırılıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (Qarabağ), Yusif İmanov (Sabah), Səlahət Ağayev (Səbail).

Müdafiəçilər: Amin Seydiyev (Sabah), Anton Krivotsyuk (Daejon Hana, Cənubi Koreya), Bəhlul Mustafazadə (Qarabağ), Bəxtiyar Həsənalızadə (Tuzlaspor, Türkiyə), Elvin Bədəlov (Sumqayıt), Elvin Cəfərquliyev (Qarabağ), Höccət Haqqverdi (Neftçi), Rahil Məmmədov (Qarabağ), Toral Bayramov (Qarabağ), Yusif Nəbiyev (Səbail).

Yarımmüdafiəçilər: Aleksey İsayev (Sabah), Coşğun Diniyev (Ümraniyespor, Türkiyə), Elvin Camalov (Sabah), Emil Səfərov (Qəbələ), Emin Mahmudov (Neftçi), Filip Ozobiç (Neftçi), Ozan Can Kökçü (Eyndhoven, Niderland), Qismət Alıyev (Zirə).

Hücumçular: Mahir Emreli (Dinamo, Zaqreb), Musa Qurbanlı (Yurqorden, İsveç), Ramil Şeydayev (Burriram Yunayted, Tailand), Renat Dadaşov (Qrasshoper, İsveçrə), Rüstəm Əhmədzadə (Zirə).

Qeyd edək ki,  baş məşqçi Canni De Byazi Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.

 

Bənzər xəbərlər