featured-image-39254

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.

Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

________________________

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, yığma Qazaxıstan seçməsi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Digər yarımfinal cütündə Macarıstan Rumıniya ilə üz-üzə gələcək.

Bənzər xəbərlər