featured-image-48576

AFFA-nın təşkilatçılığı, FIFA, UEFA, Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turniri davam edir.

Msport.az xəbər verir ki, Bakı Avropa Liseyi, 115, 159 və 171 nömrəli tam orta məktəblərin minifutbol meydançalarında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları baş tutub.
Rəqibləri üzərində qələbə qazanan 171 və 229 nömrəli məktəblər finala yüksəliblər.
Oyunların nəticələrini təqdim edirik.
171 nömrəli məktəb – 276 nömrəli məktəb – 9:2
Avropa Liseyi – 229 nömrəli məktəb – 3:7

Bənzər xəbərlər