featured-image-13269

37 yaşlı Luka Modriç Xorvatiya millisində AÇ-2024-cü ilədək çıxış etmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu fikiri yığmanın həkimi Zoran Bəxtiyaroviç səsləndirib. O, 30 il Xorvatiya seçməsində işlədikdən sonra komandadan ayrılıb:

“30 il uzun müddətdir. Mən Modriç və yaşlı nəsil yığmadan ayrılanda getməyi planlaşdırmışdım. Lakin Luka AÇ-2024-ə kimi millidə qalmağı qərara aldı. Mənə həmin vaxta kimi gözləmək çətin olacaq (gülür). Həm də mən artıq məşqçi ilə danışmışam ki, Qətərdən  medalın birini də məninm üçün gətirərsiniz”.

Xatırladaq ki, Modriç 2006-cı ildən yığmada çıxış edir. O, milllidə ən çox oyun keçirən futbolçudur – 152.

Bənzər xəbərlər