featured-image-48687

Azərbaycan Premyer Liqasında XXXVI turun oyunlarını 24300 tamaşaçı izləyib.

Msport.az xəbər verir ki, bu, mövsümün mütləq rekordudur.  Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 seyrçi olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ”  və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.

yer komanda oyun tamaşaçı Orta
1 Turan Tovuz 18 73900 4106
2 Sumqayıt 18 51516 2862
3 Neftçi 18 31321 1740
4 Sabah 18 26997 1500
5 Qarabağ 18 22628 1257
6 Zirə 18 20200 1122
7 Kəpəz 18 14615 812
8 Səbail 18 14190 788
9 Qəbələ 18 10730 596
10 Araz-Naxçıvan 18 10390 577
  Cəmi 180 276487 1536

Bənzər xəbərlər