featured-image-36889

“Mənə maaşı dollarla verirdilər. 24 saat şəxsi sürücüm var idi”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Emil Mpenza deyib.

Veteran hücumçu bildirib ki, Bakı klubundakı şərait onu qane etsə də, çatışmayan cəhətlər də var idi: “Məsələn, indiyə qədər ən gözəl çimərliyi orada gördüm. Amma hər şey ideal deyildi. Xüsusilə oyun meydançaları dəhşətli vəziyyətdə idi. Bəzən havanın temperaturu 40 dərəcədən yuxarı, çox isti olurdu”.

O, “Neftçi” ilə arasındakı məhkəmə məsələsinə də toxunub: “Neftçi” təzminat kimi 530 min avro, mən də öz növbəmdə klubdan 700 min avro tələb etmişdiəm. FİFA mənim xeyrimə qərar çıxardı. Düzdür, həmin məbləğdən bir az az aldım, amma yenə də pis deyildi”.

Mpenza “Neftçi”də oynadığı vaxt “Bu komanda Belçikanın yüksək liqasında çıxış edə bilər” sözlərinə görə üzr istəyib: “Bir az mübaliğəli alınmışdı. Əslində isə daha çox Belçikanın həvəskar liqasının səviyyəsinə uyğun gəlirdi”.

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illərdə “Neftçi”nin formasını geyinib.

Bənzər xəbərlər