featured-image-48961

İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson yenidən komandanın azərbaycanlı hücumçusu Musa Qurbanlı ətrafında yaranmış vəziyyətdən danışıb.

Msport.az xəbər verir ki, “Fotbollskanalen”ə danışan klub rəsmisi millimizin forvardı barədə bunları deyib:

“Qurbanlı ilə yeni mühit və onun üçün oyun vaxtı haqqında danışdıq. Amma indi onun bu və ya digər klubda olacağını deyə bilmərəm. Bizdə belə bir müzakirə olmayıb. Amma anlayıram ki, Musaya digər klublardan maraq var”.

Musa 2023-cü il iyulun 7-də “Qarabağ”dan “Yurqorden”ə keçib. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur.

Bənzər xəbərlər