featured-image-37980

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da çıxış etdiyi “Yurqorden” bu gün İsveç çempionatında 26-cı tur oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda autsayder “Varberqs Bols”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Yurqorden” 43 xalla 4-cü, “Varberqs Bols” 14 xalla sonuncu-16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 55 xalla “Malmö” başçılıq edir.

Bənzər xəbərlər