featured-image-42372

“Antalyada “Neftçi” ilə eyni oteldə qaldım. Mutunun ayrılmasının səbəbi mənə maraqlı olduğu üçün rəhbərlikdən soruşdum”.

Msport.az xəbər verir ki, bunu rumıniyalı futbol funksioneri Mixai Stoyka ölkəsinin mətbuatına açıqlamasında deyib.

“Styaua”dakı fəaliyyəti ilə tanınan 58 yaşlı sabiq prezident Mutunun ayrılığını onun sərt olması ilə əlaqələndirib: “Heç kim onu futbol nöqteyi baxımdan qınamadı. Onlar Mutunun çox sərt olduğunu, futbolçulara güzəştə getmədiyini dedilər. Oradakı futbolçuların rahatlığa öyrəşdiklərini bilirəm. Məşqçilər və oyunçular arasında əlaqə çox vacibdi”.

Qeyd edək ki, Adrian Mutu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə bağlasa da, qış fasiləsində vəzifəsindən ayrılıb.

Bənzər xəbərlər