featured-image-42182

Adrian Mutu “Neftçi”nin sükanı arxasına keçmək üçün “Rapid”ə təzminat ödəyib.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis “ağ-qaralar”dan gələn sərfəli təklifi əldən buraxmamaq üçün həmyerlilərinə 100 min avro kompensasiya verib. Çünki həmin vaxt onun Buxarest təmsilçisi ilə müqaviləsi olub.

Qeyd edək ki, “Neftçi”də cəmi yarım mövsüm tab gətirə bilən Mutu ötən ilin dekabrında istefaya göndərilib. Onu bu postda Miodraq Bojoviç əvəzləyib.

Bənzər xəbərlər