Mutudan Anım Günü ilə bağlı paylaşım
“Neftçi”nin baş məşqçisi Andian Mutu 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Msport.az xəbər verir ki, 44 yaşlı rumıniyalı mütəxəssis sosial şəbəkə hesablarında üzərində Azərbaycan bayrağı və Xarı bülbül simvolunun əksi olan şəkil paylaşıb.
Mutu postunda bunları yazıb: “Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”