Mutunu utandıran məğlubiyyət
“Yol qəzasında yararlanan Peşəkər Futbol Liqasının bütün əməkdaşlarına Allahdan şəfa diləyirəm”.
Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Qarabağ”a 0:2 hesablı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bu nəticənin özləri üçün yaxşı olmadağını bildirib: “Çətin oyun idi. Bütün matçlar ağır keçir. Güclü rəqibə qarşı oynayırdıq. Oyunçularım sona qədər mübarizə apardılar. Amma bu cür uduzmaq utancvericidir”.
A. Mutu komandanın heyətində olan hücumçulardan daha çox qol gözlədiyini söyləyib: “Bu gün “Neftçi”nin heyətində olan bütün hücumçuları meydana buraxmışdım. Əlbəttə ki, qol vuran futbolçulardan çox şey gözləyirəm. Bu uğursuzluqdan çıxmaq istəyirik”.