"Nadal ilə Cokoviç 59 dəfə üz-üzə gəlib, "Real və "Liverpul" isə cəmi 9 dəfə qarşılaşıb" - Florentino Peres
“Real Madrid”in prezidenti Florentino Peres yenidən Superliqa ideyasının müdafiəsinə qalxıb.
Msport.az xəbər verir ki, İspaniya klubunun rəhbəri hələ də Avropanın top klublarının çıxış edəcəyi Superliqa proektindən əl çəkməyib:
“Niyə azarkeşləri bu qədər parlaq oyunlardan məhrum edək? Tennisçilər Nadal və Federer bir-birinə qarşı 40-dan çox oyun keçiriblər, Nadal və Cokoviç 59 dəfə üz-üzə gəlib. Və siz hesab edirsiniz ki, bu insanlar üçün darıxdırıcı olacaq? “Real” və “Liverpul” kimi klublar 67 il ərzində cəmi 9 dəfə qarşılaşıblar”.