featured-image-43633

“Qəbələ”dən ayrılanda heç bir klubdan təklif almamışdım, ehtimal belə yox idi. Hər şey ayrılıqdan sonra oldu. Təklif göndərən bütün klublara, eləcə də “Qəbələ”yə təşəkkür edirəm”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Qarabağ” futbol akademiyasının yeni meneceri Nail Kərimov deyib.

Funksioner bildirib ki, “Qarabağ”dan təklif aldıqdan sonra klub rəhbərliyi ilə görüşüb və hər iki tərəfin fikirləri üst-üstə düşüb: “Yanaşmamızda  uyğunluq var. “Son zamanlar “Qarabağ”ın akademiya ilə bağlı pozitiv addımları müşahidə olunur. İnkişaf istiqamətində işlər görülür. Prosesin bundan sonra da davam edəcəyini rəhbərlikdən eşitdim. Buna görə də “Qarabağ”la razılaşdım. Ümid edirəm ki, birlikdə gözəl işlər görəcəyik”.

Qeyd edək ki, Nail Kərimovun əvvəlki iş yeri “Qəbələ” olub.

Bənzər xəbərlər