Namik Ələskərov “Zirə”də!
“Zirə” daha bir milli üzvünü heyətinə qatıb.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi Namik Ələskərovu heyətinə qatıb.
Millimizin sabiq üzvü ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” (Türkiyə) və “Sabah”da çıxış edib.