"Nant" çox aqressiv oynayan komandadır" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində növbəti rəqibləri olan “Nant” haqqında fikirlərini bildirib.
Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Fransa komandasının aqresiv oyun göstərdiyini deyib:
“Nant” ciddi rəqibdir. Çox aqressiv oynayan komandadır. Bu gün də “Loryan”la görüşlərini bir az izlədim. Bəlkə də uduzmağa layuq deyildilər. 3-4 real qol epizodları oldu, hətta dirəkdən qayıdan top var idi. Çox sürətli futbolçuları var. Bir neçə gün vaxtımız var, çalışacağıq yaxından tanıyaq rəqibi və oyuna ciddi şəkildə hazırlaşaq”.
Xatırladaq ki, “Qarabağ” – “Nant” matçı sentyabrın 15-də saat 20:45-də Tofiq Bəhramov adına stadionda başlayacaq.








