Nazarovun komandası baş məşqçisiz qaldı
Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge Aue” klubunun baş məşqçisi Timo Rost istefaya göndərilib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərliyin araşdırmalarından sonra dəyişiklik edilməsi labüd hesab olunub.
Aue klubu 9 turdan sonra 3 xal toplayaraq Almaniya III Bundesliqasında sonuncu 20-ci yeri tutur.
Qeyd edək ki, Nazarov Slovakiya və Qazaxıstanla oyunlar üçün millimizə dəvət olunmayıb.







