featured-image-69975

Kamerunlu hücumçu Vensan Abubakar “Neftçi” ilə danışıqları davam etdirir.

Msport.az xəbər verir ki, 33 yaşlı forvard Azərbaycan klubundan gələn təklifi özü üçün yeni şans hesab edir.

Belə ki, “Hatayspor”dan ayrıldıqdan bəri 5 aydır klubsuz qalan 33 yaşlı futbolçu Bakıya gəlməklə karyerasını bərpa edə bilər. Ulduz futbolçu bunun sayəsində Kamerun millisinə qayıda biləcəyini düşünür.

İndi qalır tərəflərin maliyyə məsələsində ortaq məxrəcə gəlməsi. Hazırda azad agent olan Abubakara “Neftçi” birillik müqavilə təklif edib. “Ağ-qaralar”ın ona ödəməyə hazır olduğu məbləğ də artıq bəllidir. Paytaxt təmsilçisi birillik saziş müqabilində Abubakara 500 min avro təklif edib.

Ancaq bu mübarizədə “Neftçi” tək deyil. İran klubları “Esteqlal” və “Persepolis” də onun xidmətində maraqlıdırlar. Lakin indiki məqamda ən real variant “Neftçi”dir. Premyer Liqa təmsilçisi Abubakarın cavabını gözləyir.

Qeyd edək ki, Kamerun millisinin heyətində 114 oyunda 45 qol vuran Vensan “Loryan”, “Portu”, “Beşiktaş” və “Əl-Nəsr” kimi klubların formasını geyinib.

Bənzər xəbərlər