featured-image-41966

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama oyununa çıxacaq.

Msport.az-ın məlumatına görə, “ağ-qaralar” Almaniya təmsilçisi “Sportverein Valdhof”la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

“Ağ-qaralar” ilk görüşündə Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.

Bənzər xəbərlər