"Neftçi" argentinalı hücumçu üçün nə qədər xərcə düşüb?
“Neftçi”nin yeni transfer Lukas Melano üçün ödədəyi təzminat bəlli olub.
Msport.az xəbər verir ki, “ağ-qaralar” argentinalı hücumçu üçün “Atletiko Sarmiento” klubuna 50 min dollar ödəyib.
29 yaşlı forvardın Bakı təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.