featured-image-41498

“Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə təbrik edən monteneqrolu mütəxəssis “ağ-qaralar”ın “sükanı arxasında” uğur qazanacağına inandığını bldirib: “Ümid edirəm ki, qarşıdan gələn 2024-cü il komandamız üçün uğurlu və düşərli olacaq. Bu ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram. Bayramınız mübarək!”

Qeyd edək ki, Miodraq Bojoviç dekabrın 24-də “Neftçi”nin baş məşqçisi təyin olunub. O, bu postda rumıniyalı Adrian Mutunu əvəz edib.

Bənzər xəbərlər