featured-image-37154

Rusiyanın “Zenit” klubu Bakıda “Neftçi” ilə yoldaşlıq oyunu keçirəcək.

Msport.az xəbər verir ki, qarşılaşmanın noyabrda təşkili planlaşdırılır. Klub rəsmisi hələlik danışıqların davam etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, “Neftçi” yayda Sankt-Peterburqda təşkil olunan “Matç TV” turnirində “Zenit”lə yanaşı, Serbiyanın “Srvena Zvezda” və Türkiyənin “Fənərbağça” komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva “Spartak”ı ilə yoxlama görüşü keçirib.

Bənzər xəbərlər