featured-image-42902

“Neftçi” Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt”la keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

Klubdan Msport.az saytına verilən məlumata görə, komandanın dörd oyunçusu qarşıdakı matçı buraxacaq.

Qapıçı İvan Brkiç və yarımmüdafiəçi Ataa Caber müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan Kilan Lebon fərdi məşqlərlə kifayətlənir.

Ötən turda sarı vərəqə alan Azər Salahlı isə cəzalı olduğu üçün bu turda meydana çıxmayacaq.

Qeyd edək ki, fevralın 4-də Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

Bənzər xəbərlər