featured-image-46559

“Neftçi”nin dörd oyunçusu “Araz-Naxçıvan”a qarşı bu gün keçirəcəkləri Premyer Liqanın XXX tur oyununda meydana çıxmayacaq.

Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlanacaq.

Bənzər xəbərlər