featured-image-43653

“Neftçi”nin dörd futbolçusu bu gün “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII tur matçında meydana çıxmayacaq.

Msport.az xəbər verir ki, “Sumqayıt”la ölkə kubokunun 1/4 final mərhələsinin oyununda zədələnən Andre Şinyaşiki fərdi olaraq hazırıq keçir.

Uzun müddətdir zədəli olan qapıçı İvan Brkiçin növbəti həftədən kollektivlə məşqlərə qoşulacağı gözlənilir.

Emil Balayev və Fələstin millisində sıradan çıxan Ataa Caberin bərpa və müalicə prosesi davam edir.

Qeyd edək ki, “Neftçi” – “Zirə matçı saat 18:00-da start götürəcək.

Bənzər xəbərlər