Neftçi"də istefa - Klubun meneceri işdən ayrıldı
Mövsümə uğursuz başlayan “Neftçi”də ilk istefa baş verib. Msport.az xəbər verir ki, klubun meneceri Qədir Həsənov postundan ayrılıb.
2010-cu ildən paytaxt klubunda müxtəlif vəzifələrdə çalışan Həsənov 2018-ci ilin oktyabrından A komandanın meneceri kimi fəaliyyət göstərirdi.