“Neftçi”dən ayrılan futbolçu “Makkabi”də
“Neftçi”dən ayrılan israilli futbolçu Kenni Seyefin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi İsrailin “Makkabi” (Hayfa) klubu ilə müqavilə imzalayıb.
Onun sözləşməsinin müddəti 2 illikdir.
Qeyd edək ki, Sayef 1,5 il “Neftçi”nin formasını geyinib.







