featured-image-59545

“Neftçi”nin sabiq futbolçusu Mark Tamaş yenidən karyerasını Rumıniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə “Golazo.ro” nəşri məlumat yayıb.

31 yaşlı müdafiəçi “Sepsi”yə qayıdıb.

Qeyd edək ki, “Neftçi” yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb. O, 2023-cü ilin iyulundan “ağ-qaralar”da çıxış edib. Müdafiəçi 2022/2023 mövsümündə də “Sebsi”nin uğurları üçün çalışıb. Oyun Bakı klubuna məhz bu komandadan keçmişdi.

Bənzər xəbərlər