"Neftçi"dən Brkiçə yeni müqavilə
“Neftçi” qapıçısı İvan Brkiçə yeni müqavilə təklif edəcək.
Msport.az-ın “vecernji.hr” saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.
27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan “ağ-qaralar” onu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, bu ilin yanvarından “Neftçi”də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.







