featured-image-42060

Rumıniyanın “Styaua” komandasının futbolçusu Andrea Kampanyo karyerasını “Neftçi”də davam etdirə bilər.

Msport.az “fanatik.ro” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” italiyalı hücumçuya 400 min avroluq təklif göndərib.

Klubun prezidenti Cici Bekalı təklif aldıqlarını təsdiqləsə də, klubun adını açıqlamayıb. Eyni zamanda, funksioner 28 yaşlı forvardı satacaqlarını istisna etməyib.

Qeyd edək ki, “Neftçi” daha əvvəl Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Kontenin keçidini həll edib. Syerra Leone millisinin vingerinin hazırda Bakıda olduğu və yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Bənzər xəbərlər