featured-image-42491

“Neftçi” xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlığa münasibət bildirib.

“Ağ-qaralar”ın mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, bu əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.

“Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, mətbuatda “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayılıb.

Bənzər xəbərlər