featured-image-41565

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq “Neftçi”nin ilk yoxlama oyunu yanvarın 6-da baş tutacaq.

Msport.az “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, paytax təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən “Erzurumspor”la üz-üzə gələcək.

Qarşılaşma yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyəyə yollanacaq “Neftçi”nin hazırlıq prosesi yanvarın 14-də başa çatacaq. Daha əvvəl Albaniya mətbuatı “ağ-qaralar”ın bu ölkənin “Partizani” kollektivi ilə görüşəcəyini yazmışdı.

Bənzər xəbərlər