"Neftçi" Gəncədə oynatmağa futbolçu tapmır
“Neftçi” Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”lə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.
Msport.az xəbər verir ki, ağ-qaralar”ın 8 aparıcı futbolçusu Gəncədə komandasına kömək edə bilməyəcək Paytaxt klubunun dünənki məşqində Qodsvey Donyo, bu gün isə Azər Əliyev zədələnib.
Çərşənbə günü müdafiəçi Mert Melik sıradan çıxmışdı. Bu futbolçulardan başqa, Voislav Stankoviç, Vato Arveladze, Kenni Sayef, Rəhman Hacıyev, Ömər Buludov, Eddi İsrafilov da zədəlidirlər. Azər Salahlı və Sezar Meza Kolli isə xeyli əvvəldən əməliyyat olunmuşdular.
Xatırladaq ki, “Kəpəz” – “Neftçi” qarşılaşması oktyabrın 16-da saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək.