featured-image-69571

“Neftçi” Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Sabah”la oyunun (0:0) hakimliyindən narazı qalıb.

Msport.az xəbər verir ki, görüşün 31-ci dəqiqəsində referi İnqalab Məmmədov “bayquşlar”ın qapısına penalti təyin etsə də, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişib.

“Ağ-qaralar” iddia edirlər ki, həmin epizodda qonaqların müdafiəçisi Andrey Santos əllə oynamaqla yanaşı, həm də sürüşmə fəndini yerinə yetirərkən qaydanı pozmuşdu.

“Neftçi”nin rəsmi səhifəsi “1 epizod, 2 qayda pozuntusu, o penalti” adı ilə həmin videonu paylaşıb.

Qeyd edək ki, “Neftçi”- “Sabah” matçında baş hakim İnqlab Məmmədov, VAR-da isə Kamal Umudlu idi.

 

Bənzər xəbərlər